Rəhimov Yalçın Elçin
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rəhimov Yalçın Elçin

Ata adı: Elçin

🐣
Doğum — Ağsu Çaparlı kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağsu Çaparlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Şuşa ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Yalçın Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Yalçın Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "III dərəcəli Vətənə xidmətə görə" medalları ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, ailəcanlı, dostcanlıı, vətənpərvər insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 295 saylı Nardaran tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rəhimov Elçin Rəhim oğlu Ana: Rəhimova Dilavər Tarverdi qızı Qardaş: Rəhimov Rasim Elçin oğlu Bacı: Rəhimova Nuridə Elçin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər