Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vahid
Rəhimov Zamin Vahid oğlu 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. 2006-cı ildə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, 2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. Şuşa Musiqi texnikumunun qarmon ifası üzrə müəllim ixtisasına yeyələnən Zamin Rəhimov 2013-cü ildən Cəbrayıl rayon, Mahmudlu kənd Uşaq Musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyət göstərirdi.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Z.Rəhimov 07 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Ailəli idi, bir övladı var. Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rəhimov Zamin Vahid oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Zamin Rəhimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülər üz, zarafatcıl, dostları ilə xoş, gözəl vaxt keçirən, vətənpərvər, yardımsevər insan olub.
Ata: Rəhimov Vahid Əhməd oğlu Ana: Məmmədova Raya Əli qızı Qardaş: Rəhimov Zabil Vahid oğlu Bacı: Sadıqova Xəzan Vahid qızı Həyat yoldaşı: Rəhimova Leyla Vaqif qızı Qızı: Rəhimli İnci Zamin qızı