Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Hüseynverdi
Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə tağım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir.
Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür
Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Əbülfəz Rəhmətovun nəşi 6 may 2021-ci ildə Cəbrayıl rayonunda tapılmışdır. 7 may 2021-ci ildə Lerik rayonunda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "III dərəcəli Rəşadət" ordeni ilə təltif edildi.
Vətənpərvər, nikbin, cəsarətli, humanist bir insan olub.
Ata: Rəhmətov Hüseynverdi Məmmədxan oğlu Ana: Rəhmətova Ağanaz Böyükağa qızı Qardaş: Rəhmətov Saday Hüseynverdi oğlu Qardaş: Rəhmətov Altay Hüseynverdi oğlu Qardaş: Rəhmətov Xanağa Hüseynverdi oğlu Qardaş: Rəhmətov Vəliağa Hüseynverdi oğlu Qardaş: Rəhmətov Gülağa Hüseynverdi oğlu Həyat yoldaşı: Rəhmətova Gülnar Arif qızı Qızı: Rəhmətova Şahnaz Əbülfəz qızı Oğlu: Rəhmətov Onur Əbülfəz oğlu