Rəşidov Natiq Məmmədrza
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rəşidov Natiq Məmmədrza

Ata adı: Məmmədrza

🐣
Doğum — Saatlı Dədə Qorqud kəndi
🕊️
Şəhadət — Xocavənd Hadrut qəsəbəsi
📍
Dəfn Olunduğu Yer Saatlı Dədə Qorqud kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır.

Ailəli idi, iki övladı yadigar qalıb.

Döyüş yolu 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir. Hadrut uğrunda döyüşlərdə itkin düşmüşdür. Təxminən bir ay sonra qəhrəmancasına şəhid olduğu məlum olmuş və 30 noyabrda doğulduğu Dədə Qorqud kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Natiq Rəşidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Natiq Rəşidov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidimiz zəhmətkeş və çox uşaqlı bir ailədə gözünü açıb. Ailə üzvləri və ətrafındakı insanlar tərəfindən sevilən, mərdliyinə, fiziki cəhətdən hazırlığına və zəhmət sevərliyinə görə seçilən bir şəxs olub. 2009-20011-ci illərdə Daşkəsən rayonunda hərbi xidmətdə olub. 2013-cü ildə ailə həyatı qurub, 2 övladı var. 2016-cı ildə aprel döyüşlərində iştirak etmək üçün könüllü yazılsa da iştirak etmək nəsib olmayıb. 2020-ci ildə Vətən müharibəsi başlayan gündən bir neçə gün əvvəl səfərbərliklə orduya çağırılıb və təlimlərə qatılıb. 27 sentyabr 2020-ci il tarixdən döyüşlərə qatılıb və şərəfli döyüş yolu keçib. Sonuncu dəfə 19 oktyabrda evlə danışıb və Hadrutda olduqlarını və narahat olmamalarını bildirib. Lakin bundan sonra ondan xəbər alınmayıb. Sonradan şəhid olduğu bildirilib və yalnız noyabr ayının 30-da onun nəşi Saatlı rayonuna gətirilir və doğma kəndində dəfn edilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, Dədə Qorqud adına kənd tam orta məktəbi
İş Yeri Usta
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rəşidov Məmmədrza Güləli oğlu Ana: Rəşidova (Mürsəlova) Gülbəniz Həzrət qızı Bacı: Rəşidova Ruqiyyə Məmmədrza qızı Bacı: Ağayeva (Rəşidova) Aygün Məmmədrza qızı Bacı: Rəşidli Bəsti Məmmədrza qızı Həyat yoldaşı: Rəşidova (Hüseynova) Zeynəb Əbilağa qızı Qızı: Rəşidli Yeganə Natiq qızı Oğlu: Rəşidli Vahid Natiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər