Rəşidov Tural Fazil
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Rəşidov Tural Fazil

Ata adı: Fazil

🐣
Doğum — Balakən Tülü kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Balakən Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Rəşidov 1989-cu il mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı.

Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Tural Rəşidov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Tural məktəbdə oxuduğu müddətdə müəllim və şagird kollektivinin rəğbətini və hörmətini qazanmışdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Balakən rayonu Nəsimi adına tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ana: Rəşidova Həlimət Ramazan qızı Ata: Rəşidov Fazil Hacı oğlu Həyat Yoldaşı: Rəşidova Çiçək İsmayıl qızı Oğlu: Rəşidli Amin Tural oğlu Oğlu: Rəşidli Fərid Tural oğlu Oğlu: Rəşidli Fazil Tural oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər