Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ayaz
Şəhid Rəsulov Elxan Ayaz oğlu 06.04.1989-cu ildə Goranboy rayonunda dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Elxan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 10.09.2020-ci ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb. 16.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elxan Rəsulov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dostcanlı, vətənpərvər insan idi.
Ata: Rəsulov Ayaz Fərəc oğlu Ana: Qədimova Bahar Pöhrüz qızı Qardaş: Rəsulov Elgün Ayaz oğlu Qardaş: Rəsulov Seyhun Ayaz oğlu