Rəsulov Murad İlqar
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Rəsulov Murad İlqar

Ata adı: İlqar

🐣
Doğum — Şabran
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Şabran Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Zəngilan

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rəsulov Murad İlqar oğlu 5 avqust 2000 il Şabran şəhəri anadan olmuşdur.  2006-2013-cü illərdə Şabran şəhər 3 saylı orta məktəbdə təhsil almışdır. 2013-2017-ci illərdə Şabran şəhər 2 saylı məktəb-liseydə təhsilini davam etdirmişdir. 2017-ci ildə yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur.

Vətən Müharibəsi zamanı AAHM-in 4 kurs tələbəsi olan Murad Rəsulov kursant kimi döyüşlərə qatılır. Döyüşlərin gedişatında ona “kiçik leytenant” hərbi rütbəsi verilir və “N” saylı hərbi hissəyə tağım komandiri təyin edilir.

Azərbaycan Ordusunun kiçik leytenantı olan Murad Rəsulov, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Vətən Müharibəsi bitdikdən sonra Murad Rəsulov AAHM-də təhsili davam etdirmiş və uğurlu nəticələrlə məzun olmuşdur.

2021-ci il oktyabrın 1-də “leytenant” hərbi rütbəsi ilə “N” saylı hərbi hissəyə tağım komandiri təyin edilmişdir.

Azərbaycan Ordusunun leytenantı Murad Rəsulov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Murad Rəsulov  "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Rəsulov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Murad Rəsulov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsi onu çox tərbiyəli sözəbaxan, ataya, anaya,qardaşa canıyanan uşaq olduğunu bildirdi.Şəhidimiz yaxşı övlad olmaqla bərabər həm də yaxşı dost yaxşı sinifyoldaşı olmuşdur. Bütün sinif yoldaşları onun xəttrini nə qədər çox istədikləri haqqında danışaraq gözləri dolumsamağı və hamının rəğbətini qazandığını onların üzlərinin ifadəsindən bəlli olur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şabran rayonu R. R.Yusifov adın 2 saylı lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rəsulov İlqar Əmirağa oğlu Ana: Rəsulova Oksana Ruslannbəyovna qızı Qardaş: Rəsulov Elmar İlqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər