Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əfrayim
Təbriz Rəsulzadə 1993-cü il fevralın 5-də Qax rayonunun Cəlayir kəndində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Rəsulzadə sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Rəsulzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamı ilə Təbriz Rəsulzadə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Təbriz Rəsulzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Çox vətənpərvər oğul idi.
Ata: Həşimov Əfraim Rasul oğlu Qardaş: Həşimov Fərid Əfrayim oğlu Qardaş: Rəsulzadə Fateh Əfrayim oğlu Həyat yoldaşı: Həşimova Dünya Mehman qızı Qızı: Həşimova Fatimə Fərid qızı