Rufullayev Rasim Yadigar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rufullayev Rasim Yadigar

Ata adı: Yadigar

🐣
Doğum — Yardımlı Zevin kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Yardımlı Zevin kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rasim Rufullayev 1997-ci il avqustun 31-də Yardımlı rayonunun Zevin kəndində anadan olub.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rasim Rufullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rasim Rufullayev ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ata: Rasim uşaqlıqdan həmişə arzu etmişdi ki, hərbiçi olsun. Mən oğlumla və bütün şəhidlərimizlə fəxr edirəm!
Qardaşı: Rasim vətənə çox bağlı idi. Qarabağ adı eşidəndə həmişə deyirdi ki, biz Qarabağı azad edəcəyik. Qanı bahasına olsa da azad etdi. Mən qardaşımla fəxr edirəm. O, hər zaman bizim qəlbimizdə döyünəcək!

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yardımlı rayon Zevin kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rufullayev Yadigar Fərhad oğlu Ana: Qəribova Mahirə Ağamali qızı Qardaş: Rufullayev Həsən Yadigar oğlu Qardaş: Rufullayev Savalan Yadigar oğlu Bacı: Rufullayeva Təhminə Yadigar qızı Bacı: Rufullayeva Zəminə Yadigar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər