Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rasif
İbrahim Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. 2006-2017-cı illərdə Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbə təhsil almışdır.
İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollandı. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin “N” saylı hərbi hissəsində dəvam etdirdi. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rükabzadə 27 sentyabr başlayan torpağların azad eldilməsi uğrunda müharibədə iştirak etmişdir. O Cəbrayıl şəhərinin alınmasında iştirak edib. Zəngilan, Qubadlı və Xocavəndin alınmasındada iştirak etmişdir. İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhid olur. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri İbrahim Rasif oğlu Rükabzadə “Vətən uğrunda” medalı ilə təltif olunub.
Azərbaycan Respublikasinin Prezidentinin Sərəncami ilə "Azərbaycan Bayrağı" ordeni, “Şücaətə görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Xoş xasiyyətli, gülərüz, mehriban, vətənpərvər övlad idi. Dostlarıyla mehriban davranırdı. Yaxşı döyüşçü olub.
Ata: Talıbov Rasif Rükab oğlu Ana: Talıbova Sevil Əli qızı Qardaş: Rükabzadə Nihad Rasif oğlu