Rustamov Ruslan Nüsrət
Baş leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Rustamov Ruslan Nüsrət

Ata adı: Nüsrət

🐣
Doğum — Hacıqabul Udulu kəndi
🕊️
Şəhadət — Tərtər Ağ uçuq ərazisi
📍
Dəfn Olunduğu Yer Hacıqabul Şorbaçı kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Baş leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rustamov Ruslan Nüsrət oğlu 1981-ci il oktyabrın 23-də Hacıqabul rayonunun Udulu kəndində dünyaya göz açıb. Ayaz Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində təhsil alıb. Atası həmin məktəbdə hərbi rəhbər işlədiyi üçün Ruslan uşaq vaxtlarından hərbçi peşəsinə maraq göstərib. Ruslan 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılanda Vətənin keşiyini çəkməyə ruh yüksəkliyi ilə yollanıb. Xidmətini bitirdikdən sonra 2004-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Ali təhsilini bitirsə də, hərbçi olmaq arzusundan əl çəkməyib. 2014-cü ildə N saylı hərbi hissədə xidmətə başlayıb. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu bitirib. Əvvəlcə leytenant, sonra isə baş leytenant hərbi rütbəsi alıb. 2016-cı ildən ön cəbhədə yerləşən N saylı hərbi hissələrdə motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri vəzifələrində xidmət edib.

Baş leytenant Ruslan Rüstəmov sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərindən düşmənlə üz-üzə Vətənin müdafiəsində və torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak edib. Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edən Ruslan 2020-ci il oktyabrın 2-də Ağ uçuq deyilən ərazidə qəhrəmancasına şəhid olub.

Rüstəmov Ruslan Nüsrət oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “III dərəcəli Vətənə xidmət” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd və vətənpərvər, işində tələbkar, ailəcanlı, mehriban, qayğıkeş oğul idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayon, Şorbaçı kənd tam orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rüstəmov Nüsrət Şahbala oğlu Ana: Rüstəmova Fatmaxanım Lahıc qızı Həyat yoldaşı: Rüstəmova Mehriban Rasim qızı Qızı: Rüstəmli Nərmin Ruslan qızı Qızı: Rüstəmli Yasəmən Ruslan qızı Qızı: Rüstəmli Dəniz Ruslan qızı Oğlu: Rüstəmli Nüsrət Ruslan oğlu Qızı: Rüstəmli Mədinə Ruslan qızı Bacı: Rüstəmova Mətanət Nüsrət qızı Bacı: Rüstəmova Səadət Nüsrət qızı Qardaş: Rüstəmova Salman Nüsrət oğlu Qardaş: Rüstəmova İslam Nüsrət oğlu Qardaş: Rüstəmova Rüstəm Nüsrət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər