Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Malik
Rüstəmli Bəhruz Malik oğlu 1998-ci il oktyabr ayının 10-da Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. Bəhruz Rüstəmli orta təhsilini Tağı Məmmədov adına tam orta məktəbdə almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhruz Rüstəmli 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Bəhruz Rüstəmli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonu Dağdağan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəhruz Rüstəmli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Rüstəmov Malik Məcnun oğlu Ana: Hüseynova Sevinc Feyzulla qızı Oğlu: Rüstəmli Mövlan Malik oğlu