Rüstəmli İbrahim Mirzağa
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rüstəmli İbrahim Mirzağa

Ata adı: Mirzağa

🐣
Doğum — Zərdab Şahhüseynli kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Zərdab Şahhüseynli qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhid olub. Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib. Ailəli idi, bir övladı var.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Rüstəmli ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş İbrahim Rüstəmli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz, imanlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Zərdab rayon, Şahhüseynli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Məmmədov Mirzəağa Rüstəm oğlu Ana: Məmmədova Rəna Əzizalı qızı Qardaş: Rüstəmli Əli Mirzağa oğlu Qardaş: Rüstəmli Nihad Mirzağa oğlu Həyat yoldaşı: Rüstəmli Tamara Vahid qızı Oğlu: Rüstəmli İsmayıl İbrahim oğlu Oğlu: Rüstəmli İbrahim İbrahim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər