Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Yağınəli
Əli Rüstəmov 1992-ci il avqustun 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub. Şəhid Əli Rüstəmov 1992 ci il 15 avqustda, Cəlilabad şəhər Çünzəli kəndində dünyaya gəlib. Evin sonuncu övladı olan Şəhidimiz atasının əziz övladı idi. 1997 ci ildə Atası beş yaşlı Əlini özü ilə Rusiyaya aparır. Atası ilə yaşayan Əli məktəbi qürbət ölkədə oxumağa başlayır. Çox savadlı,çalışqan,müəllim və sinif yoldaşlarının əzizi olur Əli. 2004 cü ildə yenidən öz doğma ölkəsinə qayıdır və təhsilini doğulduğu kəntdə davam etdirməyə başlayır. Eyni hal burda da baş verir səmimi və mehriban Əli hərkəsin sevgisini qazanır. Sadəcə dostlar və müəllimlər üçün deyil bütün böyüklərə qarşı hörmət və ehtiramla yanaşır. Azərbaycana gəldiyi dönəmdə dərsləri ilə yanaşı Dininədə bağlandır, məscidə gedir Quran dərsləri almağa başlayır, bu addımıda uğurlarla nəticələnir səlis şəkildə Quran oxumağa başlayır. Səmimi, mehriban, çalışqan olmağla yanaşı artıq əməli saleh bir gənc kimi formalaşmağa başlayır. Bu dönəmdə ailədə maddi problemlərə görə böyük qardaşı ilə işləməyə başlayır, bir sözlə desək, zəhmətə alışdırır özünü... Vaxt bu gənclik dövründə tez bir zamanda ötüb keçir, hərbiyə böyük marağı olan Əli əsgərlik dönəmini səbirsizliklə gözləyirdi və o zaman gəlir Naxçıvan M.R-dan saylı hərbi hissədə xidmət etməyə başlayır. Xidmətini uğurla, tərifnamə ilə başa vurur və öz doğma kəndinə qayıdır. Daha böyümüş bərkə, boşa düşmüş Əli öz ayağları üstündə durmağa başlamışdı. Kəndə qatıdıqdan bir neçə müddət sonra yenidən Rusiyaya qayıdır və orda halal zəhməti ilə "Aşbazlıq" üzrə işləməyə başlayır. Öz sahəsinin peşəkarı olan Əli işlədiyi yerdə, bütün həmyaşıdları, dostları, həmçinin böyükləri arasında sayılıb seçilən nümunəvi bir şəxsiyyət,yaxşı dost idi. Bütün bunlarla yanası İdmanın Əlbəyaxa döyüş növü üzrədə özünü inkişaf etdirir. Şəhərlər arası yarışlarda iştirak edən Əli bir necə birincilik medalı ilə təltif olunur. Uğurları gün bə gün artır eyni zamanda sevənləri,hörmətlə qarışlayanlarıda. Altı il Rusiyada yaşayan Əli 2016-cı il 13 sentiyabrda ailəsinin razılığı və sevib,seçdiyi Zəhrası ilə nişanlanır. Üç il boyunca nişanlı qalan Şəhidimiz 2020 ci il 19 fevralda yenidən öz doğma ölkəsinə qayıdır. Toyu üçün hazırlıq edir, mart ayının 13 də nişanlısı ilə ailə qurur. Yenidən həyat yoldaşı ilə Rusiyaya qayıtmağı arzu edən Əli ,pandemiya ilə əlaqədar olaraq, ölkədən gediş-gəlişi bağlı olduğu, üçün bu arzusu həyata keçmir. Bibisinin övladı olmadığı üçün ona illərdir dəstək olan Əli elə bibisinin yaşadığı evi təmir edərək,həyat yoldaşı ilə ilk gündən orda yaşamağa başlayırlar. Bir neçə ay sürən mehribanlıq sonrası hərşey dəyişir və bir sıra anlaşılmamazlıqlar baş verir bu haldan narazı olan Əli oradan ayrılaraq həyat yolaşı ilə öz babası evində, ortancıl qardaşı və anası ilə birlikdə yaşayır. Əli çoxu vaxtlar öz halal zəhməti ilə kənt təsərüfatı ilə məşğul olar və ya şəhərdən kənar daş zavodlarında,işləyər, ailəyə həm yardım,həm qatqı baxımından kömək olmağa çalışırdı. Əli 26 sentyabrda döyüşə yollanır. İlk öncə Füzulinin azadlığı sonra Cəbrayılın azadlığı uğrunda mübarizə aparır. Cəbrayıl şəhərini işğaldan azad edən Həmlə batalyonunun igid əsgərlərindən biri olan Əli yenidən Füzuli şəhərinə qayıdır. Ağır döyüşlərdə iştirak edir istər əlbəyaxa istərsədə silahla düşmənə qan uddurur. Döyüşdə Manqa komandiri və Rabitəçi olur, 8 oktyabır Füzulinin Seyidəhmədli kəndində böyük bir istehkamla üzləşən Həmlə batalyonunun 25-i əsgər,palkovnik və zabitləri ilə birlikdə o cümlədən Əlidə qəhrəmancasına Şəhadətə çatır. Düşmənin qurduğu böyük istehkamını məhv etmək çətinləşir və təsüflər olsun ki, iyirmi üç gün sonra Şəhidimizin Nəşri ailəsinə təhvil verilir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Rüstəmov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Cəsur, mərd, vətənpərvər, ailəcanlı insan olub.
Ana: Rüstəmova Elmira Fərəməz qızı Həyat yoldaşı: Rüstəmova Zəhra Bəxtiyar qızı Qardaş: Rüstəmov Faiq Yağınəli oğlu Qardaş: Rüstəmov Vüsal Yağınəli oğlu