Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nofəl
Fərid Nofəl oğlu Rüstəmov 15 dekabr 1993-cü ildə Zərdab rayonun Gəndəbil kəndində anadan olub. Zərdab rayonu, Gəndəbil tam orta məktəbini bitirib.
Azərbaycan Ordusunun kiçik giziri olan Fərid Rüstəmov 2022-ci il sentyabr ayının 12-də Zəngilan rayonu ərazisində Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Fərid Rüstəmov “Vətən uğrunda” medalı ilə tətif edilib.
Kənddə hamı onu çox sevirdi, öz yaşıdları arasında xüsusi hörməti var idi. Həmişə gənclər arasındavVətənpərvərlik təbliğatı aparırdı, düşmənin kökünü kəsəcəyik, torpaqlarımızı tam şəkildə geri alacağıq sözləri ilə gəncləri dahada ruhlandırırdı. Böyüklərə hörmətlə yanaşırdı. Vətən müharibəsində iştirak edib, daim öndə gedib. Zəngilanda Xüdafərin körpüsündə Prezidentimizə raport verəndə şəxsi heyyətin tərkibində olub.
Ata: Rüstəmov Nafil Suracəddin oğlu Ana: Rüstəmova Narıngül Ramiz qızı Həyat yoldaşı: Rüstəmova Aynurə Rövşən qızı Qızı: Rüstəmova Zəhra Fərid qızı Qızı: Rüstəmova Zeynəb Fərid qızı