Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Tufan
Pərviz Rüstəmov 6 may 1992-ci ildə Azərbaycan Respublikasının Samux rayonunda anadan olmuşdur. 1999-cü ildə Samux rayon məktəbində 4-cü sinifə qədər təhsil almış, 2003-cü ildə isə, məktəbi dəyişərək Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsilinə dəvam etmişdir. Daha sonra 2008-ci ildə 9-cu sinifi bitirərək, təhsilini sonlandırmışdır. 2010-cu ilin iyul ayında müddətli hərbi xidmətə yollanmışdır. 2012-ci ilin yanvar ayında xidməti başa vurmuşdur.
Pərviz Rüstəmov Tufan oğlu 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq fəaliyyətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin hələ ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüş yolu keçmişdir. Ən son 14 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdir, lakin düşmən pusqusuna düşərək, şəhidlik zirvəsinə ucalmışdır. Bir müddət nəşi neytralda qalmışdır.
30 oktyabr 2020-ci il tarixində isə, ailəsinə təvil verilmiş və Samux Şəhidlər Xiyabanında böyük izdihamla dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Pərviz Rüstəmov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Əmisi oğlu: Çox savadlı, qoçaq, qorxmaz, igid uşaq olub. Yaşı az olsada hər zaman ağıllı məsləhət verən olub. Vətəni sevən olub, yaxşı arzuları var idi. Həmişə deyirdi ki, atam, anam yanımda olmasada mənim atam da anam da vətəndir, mən vətənin oğluyam. Dedi və vətən uğrunda şəhid oldu.
Ata: Rüstəmov Tufan