Rüstəmov Vüqar Kamil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rüstəmov Vüqar Kamil

Ata adı: Kamil

🐣
Doğum — Gədəbəy Xarxar kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Gədəbəy Xarxar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüqar Rüstəmov 1994-cü il mayın 1-də Gədəbəy rayonunun Xarxar kəndində anadan olub.  2000–2011-ci illərdə E. Məmmədov adına Xarxar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İdris adlı bir oğlu yadigar qaldı. Vüqar Rüstəmov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vüqar Rüstəmov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 16-da Gədəbəy rayonunun Xarxar kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüqar Rüstəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox yaxşı insan olub. Belə insan bir daha dünyaya gəlməz. Hər kəsə hörmətlə yanaşmış bacılarını cox sevirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayonu, Xarxar kənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rüstəmov Kamil Məsim oğlu Ana: Rüstəmova Rəfiqə İdris qızı Qardaş: Rüstəmov Şirzad Kamil oğlu Bacı: Rüstəmova İlahə Kamil qızı Bacı: Hüseynova Şahnaz Kamil qızı Bacı: Rüstəmova Kəmalə Kamil qızı Həyat yoldaşı: Səfərova Tünzalə Akif qızı Oğlu: Rüstəmov İdris Vuqar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər