Rüstəmov Vüsal Rüstəm
Polkovnik-leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Rüstəmov Vüsal Rüstəm

Ata adı: Rüstəm

🐣
Doğum — Xaçmaz
🕊️
Şəhadət — Xocalı
📍
Dəfn Olunduğu Yer Xaçmaz Qobuqırağı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polkovnik-leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocalı

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rüstəmov  Vüsal Rüstəm oğlu 1984- cü ilin may ayının 11- də Xaçmaz şəhərində dünyaya gəlib.

Xaçmaz şəhəri, 3 saylı orta məktəbində təhsil aldıqdan sonra, Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olmuş və oranı uğurla bitirmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rüstəmov Vüsal, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli  “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.

Ailəli idi, 2 övladı var. 

Xatirələrdə Yaşayan Şəhid:

Vüsalın uşaq yaşlarından hərbiçi olmağa marağı var idi. Hərbiçi yoldaşları onun çox mərd, qorxmaz, cəsarətli insan olduğunu bildirmişlər. Vüsal həmçinin, Vətən müharibəsi iştirakçısı idi. O bu döyüşlərdə göstərdiyi igidliklərə görə medal və ordenlərlə təltif olunmuşdur. Ailəsi Vüsalın səmimi, gülərüz, ailəcanlı və vətənpərvər insan olduğunu bildirdi. Ətrafındakı hər kəsə qayğı və yardımsevərliklə münasibət göstərmişdir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Xaçmaz şəhəri, 3 saylı orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Akademiya
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Rüstəmov Rüstəm Ramazan oğlu Ana: Rüstəmova Sevil Sətdar qızı Həyat yoldaşı: Rüstəmova Lalə Tariyel qızı Qızı: Rüstəmli Səma Vüsal oğlu Oğlu: Rüstəmli Şahin Vüsal oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər