Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Firqət
Emin Firqət oğlu Rüstəmzadə 23 fevral 1991-ci ildə Mingəçevirdə anadan olub. O, Tərtər Regional qaz istismarı İdarəsinin Mingəçevir Xidmət Sahəsində işləyib. Emin Rüstəmzadə də sentyabrın 27-dən döyüşlərə qatılıb və Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
Emin 15 oktyabr 2020-ci ildə 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən"Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Emin Rüstəmzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, səmimi, gülərüz bir insan idi.
Ata: Rüstəmov Firqət Fikrət oğlu Ana: Rüstəmova Kəmalə Vahid qızı Həyat yoldaşı: Rüstəmzadə Mehriban Elbrus qızı Qızı: Rüstəmzadə Nuray Emin qızı Qızı: Rüstəmzadə İnci Emin qızı