Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Akif
Rzayev Adil Akif oğlu 1999-cu il avqustun 20-də Qobustan rayonunun Xilmilli kəndində anadan olub. Adil sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışı ilə cəbhəyə yolanır. Öncə isə bir neçə gün Qusarda təlim keçir. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Ailənin 5-ci övladı olan Adillə əlaqə oktyabrın 10-da kəsilib. 21 yaşlı əsgərin axtarışlarına başlanılıb. Nəşi tapılandan sonra Şəhidin kimliyinin müəyyənləşməsi üçün anadan Bakıda DNT analizi götürülüb. Noyabrın 30-da ailənin Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Adil Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Komandirin dediklərindən Adil cəsur döyüşçü olub. Heç vaxt geri çəkilməzdi. Yaşına baxmayaraq ölümdən qorxmurdu. Yoldaşlarına hər zaman köməklik göstərirdi. Yaralı əsgəri neytral zonadan çıxaran zaman şəhid olub.
Ana: Hüseynova Məhbubə Almaz qızı Ata: Rzayev Akif Nusrət oğlu Qardaş: Rzayev Rəşad Akif oğlu Bacı: Rzayeva Günel Akif qızı Qardaş: Rzayev Elşad Akif oğlu Bacı: Rzayeva Samirə Akif qızı