Rzayev Əlirza Mehman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rzayev Əlirza Mehman

Ata adı: Mehman

🐣
Doğum — Salyan H. Məmmədov küç
🕊️
Şəhadət — Goranboy
📍
Dəfn Olunduğu Yer Salyan "20 yanvar" qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rzayev Əlirza Mehman oğlu 29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub.

Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. Hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murovda edib. Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından o, çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub, “Ana” deyərək gözlərini əbədi yumub. Əlirza Rzayev 2020-ci il sentyabrın 29-da Goranboy rayon istiqamətində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əlirza Rzayev ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əlirza Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, mərd, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayon, 4 saylı tam orta məktəb, Qərbi Kaspi Kolleci
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Mehman Rzayev Əlirza oğlu Ana: Rzayev Gülnarə Abbas

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər