Rzayev Hacırza Fikrət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rzayev Hacırza Fikrət

Ata adı: Fikrət

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Abşeron Digah qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb.
2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda,Hadrutda döyüşlərdə olub. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub. 

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" və  "Cəbrayılın azad olunmasına görə" ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rzayev Hacırza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox mülayim və mehriban idi. Pozitivliyi ilə hər kəsin sevgisini qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 266 saylı orta məktəb
İş Yeri Bakı Şəhər İcra Hakimiyyəti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rzayev Fikrət Rüstəmoviç oğlu Ana: Rzayeva Mətanət Şahəli qızı Bacı: Rzayeva Xanım Fikrət qızı Bacı: Rzayeva Lamiyə Fikrət qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər