Rzayev Hüseyn Aslan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rzayev Hüseyn Aslan

Ata adı: Aslan

🐣
Doğum — Gədəbəy Novosaratovka kəndi
🕊️
Şəhadət — Füzuli Alxanlı kəndi
📍
Dəfn Olunduğu Yer Gədəbəy Novosaratovka kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rzayev Hüseyn Aslan oğlu 1996-cı il may ayının 14 də Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olub.2002-ci ildə Gədəbəy rayon Novosaratovka  kənd orta məktəbində orta təhsilə başlayıb, 2013-cü ildə bitirib.

2014-cü ildə hərbi xidmətə yollanıb. 2016-cı ildən müddətdən artıq hərbi xidmətdə olub, üç il Gədəbəy ərazisində xidmət edib. 2020-ci ilin aprel ayında hərbidən təxris olunub.

21 sentyabr 2020-ci ildə könüllü olaraq yenidən hərbiyə yola düşüb. Başkənd, Füzuli bölgələrində qəhrəmanlıqlarıyla seçilib. 27 sentyabr 2020-ci il tarixində “Motoatıcı manqa komandiri” vəzifəsi üzrə sertifikata yiyələnib.

26 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. 23 noyabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Hüseyn Rzayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hüseyn Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Qonşular həmişə yaxşı oğlan olduğunu vurğulayıblar.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gədəbəy rayon Novosaratovka kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cəfərov Aslan Eyvaz oğlu Ana: Rzayeva Yeganə Bəhrəm qızı Bacı: Rzayeva Leyla Aslan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər