Rzayev Mirsafa Mircəlil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rzayev Mirsafa Mircəlil

Ata adı: Mircəlil

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirsəfa Rzayev Mircəlil oğlu 1995-ci il 19 fevral tarixində Sumqayıt şəhərində anadan olub. Rzayev Mirsəfa Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışmışdır.
2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. 

Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mirsəfa Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd və cəsur, vətənpərvər əsgər idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Abdulla Şaiq adına 54 saylı məktəb
Ali Təhsil Azərbaycan Dövlət Dəniz Akademiyası
İş Yeri Bakı Beynəlxalq dəniz ticarət limanında
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Rzayev Mircəlil Mirsafa oğlu Ana: Rzayeva Emulya Valeh qızı Bacı: Rzayeva Təranə Mircəlal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər