Rzazadə Mirməhəmmədəli Tərlan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Rzazadə Mirməhəmmədəli Tərlan

Ata adı: Tərlan

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Lənkəran Şiləvar kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirməhəmmədəli Rzazadə 13 iyul 1997-ci ildə Sumqayıt şəhərində Tərlan Rzazadənin ailəsində anadan olmuşdur.  Əslən Lənkəran rayonunun Şiləvar kəndindəndir. 2003-cü ildə Sumqayıt şəhər 1 saylı tam orta məktəbə qədəm qoymuşdur. Daha sonra Lənkəran rayon Şiləvar kənd tam orta məktəbində təhsil almışdır. 2013-2014-cü illərdə rayonun Digah kəndində təhsilini başa vurmuşdur. Bir müddət mülki işlə məşğul olduqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətini davam etdirmişdir. Subay idi.

Mirməhəmmədəli Rzazadə 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət etmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Mirməhəmmədəli Rzazadə müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Döyüşlərdən sonra xidmətinə davam edən əsgər Rzazadə 2016-cı ildə hərbi xidmətdən təxris olmuş və mülki fəaliyyətinə davam etmişdir.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Mirməhəmmədəli Rzazadə yenidən hərbi xidmətə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Mirməhəmmədəli Rzazadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İki dəfə ölümü ilə bağlı şayiələr yayılsa da, öz təsdiqini tapmamışdır. Mirməhəmmədəli Rzazadə 15 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 17 oktyabr tarixində yaşadığı Lənkəran rayonunun Şiləvar kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirməhəmmədəli Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirməhəmmədəli Rzazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirməhəmmədəli Rzazadə ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirməhəmmədəli Rzazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mirməhəmmədəli Rzazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Şən, dost sevən, anasına bağlı övlad olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Şiləvar kənd orta məktəbi
İş Yeri Heydər Əliyev Mərkəzi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Məmmədova Gülbəniz Aydın qızı Bacı: Rzazadə Tərifə Tərlan qızı Qardaş: Rzazadə Mirəli Tərlan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər