Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağaməmməd
Rzazadə Murad Ağaməmməd oğlu 12 İyul 2002-ci il tarixində Salyan rayonu Marışlı kəndində anadan olub. 4 bacının 1 qardaşı olan şəhid Murad Rzazadə 2008-ci ildə Arvatan kənd Elşən Ağayev adına tam orta məktəbində 1-ci sinfə başlayıb. O, uşaq yaşlarından valideynlərinə deyərmiş ki, “mən böyüyəndə Qarabağı azad edəcəm”. Elə bu arzusu da yerinə yetir. 2020-ci il Vətən müharibəsi başlayan zaman şəhid Murad Rzazadə döyüşlərdə iştirak edir. 04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan döyüşlərində vuruşaraq şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağaməmməd oğlu ölümündən sonra “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rzazadə Murad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, mədəni insan olub.
Ata: Rzayev Ağaməmməd Mirxas oğlu Ana: Rzayeva Mehparə Cəbrayıl qızı