Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Rasim
Fuad Şabanov 1997-ci il iyulun 11-də Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Fuad Şabanov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Fuad Şabanov 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fuad Şabanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Fuad Şabanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban xasiyyətli, hamının sevimlisi idi. Arzusu sürücü olmaq olub. İdmanı çox sevirdi.
Ana: Şabanova Simuzər Xizirinəbi qızı Ata: Şabanov Rasim Camal oğlu Qardaş: Şabanov Faiq Rasim oğlu