Sadıqov Elgün Heydər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Sadıqov Elgün Heydər

Ata adı: Heydər

🐣
Doğum — Ağdam Xındırıstan kəndi
🕊️
Şəhadət — Ağdam
📍
Dəfn Olunduğu Yer Ağdam Quzanlı Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdam

Təltif Edildiyi Orden və Medallar

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə medalı

Ağdamın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sadıqov Elgün Heydər oğlu 2000-ci il yanvarın 11-də Ağdam rayonu Sarıçoban kəndində anadan olub. İki bacının bir qardaşı olan Elgün Sadıqov evin həm dəcəl, həm də sevimli oğlu idi. Kiçikliyindən Vətənə olan sevgisindən bilinirdi ki, o böyüyəndə qəhrəman olacaq.

2006-cı ildə Elgün Sadıqov Ağdam rayon Xındırıstan kənd orta məktəbinin birinci sinfinə daxil olub. Müəllimlərinin dediyinə görə, Elgün çox utancaq, sakit bir şagird olub. Vaxt gəldi, o sakit uşaq bütün Azərbaycanın, dünya azərbaycanlılarının, milyonlarının sevgisini qazandı...

2018-ci il yanvar ayının 12-də Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətə yollanıb. 2019-cu ilin iyun ayında hərbi xidməti başa vuraraq ehtiyata buraxılıb. 2020-ci ilin aprel ayında hərbiçi kimi Ağdam rayonunun "N" saylı hərbi hissəsində işləməyə başlayıb.

Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Minaatan batareyasının sürücüsü olub. Şəhid olduğu günə kimi gecə gündüz ön cəbhədə yerləşən ordunu hərbi silah-sursat və ərzaqla təmin edib. Ermənilər bir neçə dəfə onun maşınını hədəf alsa da, çətin vəziyyətdən çıxmağı bacarıb. Vətən Müharibəsinin 27-ci günü mənfur düşmən onun maşınını hədəf alıb. Elgün Sadıqov 23 oktyabr 2020-ci ildə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elgün Sadıqov ölümündən sonra "Vətən uğrunda" , "Vətən müharibəsi iştirakçısı" və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elgün Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox tərbiyəli, sakit, ailəcanlı, ailəsinə sadiq, döyüş yoldaşları ilə daim mehriban münasibətdə idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağdam rayonu, Xındırıstan kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Sadıqov Heydər Kərrar oğlu Ana: Sadıqova Şəndə Yapon qızı Bacı: Məcidova Lalə Heydər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər