Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Kərim
Sadıqov Elnur 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Elnur hərbidə olduğu dövrdə də öz uğurları ilə seçilən əsgərlərdən olub. Dəfələrlə xidmət etdiyi hərbi hissədə qüsursuz xidmətə görə müxtəlif hədiyyə və fəxri fərmanlara layiq görülüb. Hərbi xidmətinin 15-ci ayında Vətən müharibəsi başlayıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub. Cəbhənin şimal istiqamətində gərgin döyüşlərdə iştirak edən Elnur ayağından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Lakin 3 günlük müalicədən sonra öz təkidi və istəyi ilə yenidən döyüşlərə qatılıb.
Elnur Sadıqov oktyabr ayının 29-da Ağdərə istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elnur Sadıqov Elnur ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsi uğrunda ”medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, ailəcanlı, vətənpərvər gənc olub.
Ata: Sadıqov Kərim İbrahim oğlu Ana: Sadıqova Şərqiyyə Fərəc qızı Qardaş: Sadıqov Bayram Kərim oğlu Qardaş: Sadıqov İsmət Kərim oğlu Qardaş: Sadıqov Elgün Kərim oğlu Bacı: Sadıqova Pərvanən Kərim qızı