Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vaqif
Rüfət Vaqif oğlu Sadıqov 13 noyabr 1995-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2013-cü ildə Quşçu kənd Əli İsmayılov adına orta məktəbini bitirib. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ildə Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirib. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" hərbi hissəsində xidmətə başlayıb. Xidmət müddətində dəfələrlə Fəxri fərmanlarla təltif olunub. Daha sonra 2019-cu ildə 9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə nümunəvi hərbi xidmətə, yüksək intizama, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə Fəxri fərmanla təltif olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rüfət Sadıqov 2020-ci il oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi tapılaraq dekabrın 19-da Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Sadıqov ölümündən sonra “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rüfət Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, ailəcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz, hörmətcil, qayğıkeş, dinə çox bağlı bir gənc olub.
Ata: Sadıqov Vaqif Təhməz oğlu Ana: Ağacanova Tərifə Kərəm qızı Bacı: Bəylərova İradə Vaqif qızı Bacı: Orucova Fəridə Vaqif qızı