Sadıqov Ruslan Amiraslan
MAHHXHQ baş çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Sadıqov Ruslan Amiraslan

Ata adı: Amiraslan

🐣
Doğum — Şəki Cəfərabad kəndi (Təpəcənnət)
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Şəki Cəfərabad kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ baş çavuş
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruslan Sadıqov 31 dekabr 1987-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olmuşdur. 1994-1995-ci illərdə Şəki rayon Təpəcənnət kənd natamam orta məktəbində, 1995-2004-cü illərdə Şəki rayon Cəfərabad kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini 2004-2005-ci illərdə Şəki şəhər 5 saylı tam orta məktəbdə başa vurmuşdur. Fidan Sadıqova ilə ailəli idi, Nuray və Aylin adlı 2 qızı və Ehsan adlı oğlu yadigar qaldı.
Ruslan Sadıqov 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər üzrə Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurmuş, Azərbaycan Daxili Qoşunlarında müddətdən artıq xidmətə başlamışdır. Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. O, 2020-ci ildən başqa bir hərbi hissədə xidmətini davam etdirirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Sadıqov 10 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, istiqanlı, hər kəslə asanlıqla dil tapan biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəki şəhər 5 saylı məktəb
İş Yeri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Sadıqov Amiraslan Ehsan oğlu Ana: Abdullayeva Qaragöz Siracəddin qızı Bacı: Tanrıverdiyeva İlahə Amiraslan qızı Həyat yoldaşı: Sadıqova Fidan Etibar qızı Qızı:Sadıqova Nuray Ruslan qızı Qızı: Sadıqova Aylin Ruslan qızı Oğlu: Sadıqov Ehsan Ruslan oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər