Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Rövşən
Səbuhi Sadıqov 9 may 1996-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan olan Sadıqov Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olmuş, 8–9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak etmişdir. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olmuşdur. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax döyüş növləri federasiyasının üzvü idi.
O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəltmişdir.
2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6 ay xidmət etmişdir. 2015–2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olmuşdur. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparmış və qara kəmər qazanmışdır. Bununla yanaşı şəxsi "Comando Fight Klub" unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirmişdir.
Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 tələbəsi dünya çempionu olmuş, digər 3 tələbəsi isə fərqli dərəcələrlə III yeri qazanmışlar.
28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıov "dua et ana mən arzuma çatım" sözlərini demişdir. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 5 – də Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanliginda dəfn olunmuşdur.
2014-cü ildə Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində 1il 6ay, 28 sentyabr 2020-ci ildə Vətən müharibəsində könüllü olaraq Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət etmişdir. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmiş və Laçında qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sadıqov Səbuhi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Vətənpərvər xalqını və millətini çox sevən olub. Hər zaman torpaq və vətən uğrunda canını qurban verməyə hazır olan bir gənc olmuş, qayğıkeşliyi və mehribançılığı ilə həmişə seçilmişdir. Valideynlərini çox sevirdi və qohumlar arasında xüsusi hörmət qazanmışdı. Kimsəni narahat etmək istəməzdi.
Ata: Sadıqov Rövşən Əlihəsən oğlu Ana: Əliyeva Yeganə İbrahim qızı Bacı: Sadiqova Aliyə Rövşən qızı