Sadıqov Vüsal İsmayıl
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Sadıqov Vüsal İsmayıl

Ata adı: İsmayıl

🐣
Doğum — Füzuli Əhmədbəyli kənd
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Füzuli Əhmədbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal Sadıqov İsmayıl oğlu 1990-cu il dekabrın 24-də Füzuli rayonu Əhmədbəyli kəndində anadan olmuşdur. Vüsal Sadıqov 1997-ci ildə Füzuli rayon Əhmədbəyli kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2009-cu ilin yanvar ayında Biləcəri qəsəbəsindəki Daxili Qoşunların N saylı hərbi hissəsində layiqincə qulluq etmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmiş və bu rəşadətinə görə fəxri fərmanla təltif olunub.

Azərbaycan Ordusunun çavuşu olan Vüsal Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Sadıqov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il15 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Vüsal Sadıqov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Vüsal Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Tanıyanlar onu vətənpərvər, sakit, mədəni, sözün əsl mənasında işini sevən qəhrəman bir gənc olaraq xatirələrdə qaldığını bildirirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Füzuli rayonu, M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Sadıqov İsmayıl Süleyman oğlu Ana: Sadıqova Gülü Sadıq qızı Qardaşı: Sadıqov Ramin İsmayıl oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər