Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əziz
Emil Sadıqzadə 22 iyun 2000-ci ildə Samux rayonun Qovlarsarı kəndində anadan olub.
Məktəb həyatına 2006-cı ildə doğulduğu kənddə başlayır. Lakin doqquzuncu sinifdə təhsilini yarımçıq qoyaraq Gəncə Musiqi Kollecinə daxil olur. 2019-cu ildə kollecin qarmon müəllimliyi sinfini bitirib, hərbi xidmətə yollanır. Xidmətinin ilk 3 ayını geridə qoyduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə seçilir. Hərbi xidmət dövrünü bitirməsinə cəmi 3 ay qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılır. İlk gündən ön cəbhədəki qızğın döyüşlərdə vuruşur.
Azərbaycan Ordusunun əsgəri olan Emil Sadıqzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayıl, Füzuli və Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə yaxından iştirak edir. Oktyabrın 14-də isə Füzuli şəhərin mərkəzinin işğaldan azad olması uğrunda gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ”Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.
Atası: Hər bir gəncə Emil kimi qeyrətli, mərd, cəsur övlad olmağı arzu erirəm. O sirr saxlayan, sözünə bütöv oğul idi. Müharibədə olduğunu belə bildirmək istəmirdi.
Anası: Emil mənim oğlum yox Vətənin oğlu olmağı seçdi. Vətəni üçün qəhrəman, mənim üçün sağalmaz yara oldu.
Bacısı: Emil mənim arxa dayağım, qardaşım hər şeyim idi. O mənim fəxrim, eyni zamanda ən böyük acımdır.
Ata: Sadıqov Əziz Bəhman oğlu Ana: Əsədova Şəlalə Oqtay qızı Bacı: Sadıqzadə Ayşən Əziz qızı