Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vahid
Sadıxov Rahid Vahid oğlu 13 fevral 2001 ci il tarixində Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 No:li tam orta məktəbində təhsil alıbTəhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabadda tamamlayıb.
2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub. Sonuncu dəfə ailəsi ilə 26 sentyabrda əlaqə saxlayıb.Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Sərancamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Sadıxov Rahid Vahid oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox ədəbli ərkanlı bir oğul idi, əslində ata oğula nəsihət verir mən isə oğlumdan nəsihət alırdım bir din xadimi kimi. Mənə çox dayaq idi.
Məktəbdə ədəbi ərkanı ilə seçilirdi, ən gözəl xatirələrlə dolu bir yoldaş idi, bir dəfə bütün qızlara qolbaq düzəldib gətirmişdi.
Ata: Sadıxov Vahid Qurban oğlu Ana: Babayeva Sənubər Musarza qızı Bacı: Babayeva Rahidə Vahid qızı Bacı: Kərimova Günay Vahid qızı