Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əbdülağa
Şəmistan Sadıxov 1995-ci ildə Lerik rayonu, Əvilə kəndində anadan olmuşdur. Lerik rayonu, Şahin Sadıxov adına Əvilə kənd ümumi orta məktəbində təhsil alıb. 2013-cü ildə Əfqanıstanda Sülhməramlı qüvvələrin sıralarında xidmət aparıb.
Sülhməramlı kontingentin tərkibində Əfqanıstanın Kabil şəhərində bir il xidmət etmiş, NATO-nun medal və sertifikatlarını qazanmışdır. 2016-cı ildən DSX-də xidmət etməyə başlamışdır. İşlədiyi müddətdə “Küləyə qarşı” Bakı Beynəlxalq marafonunda DSX-ni təmsil edərək “Xatirə” medalı almışdır. Vətən müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində döyüşmüş, Laçın dəhlizinə qədər gdöyüş yolu keçmişdir.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində DSX-nın baş çavuşu Şəmistan Əbdülağa oğlu Sadıxov şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəmistan Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mərd, qorxmaz, cəsur və qoçaq insan olub.
Ata: Sadıxov Əbdülağa Şirzaid oğlu Ana: Əliyeva Südabə Naib qızı Həyat yoldaşı: Sadıxzadə Səbinə Vəliağa qızı