Şadmanov Əkrəm Yunus
Polkovnik-leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Şadmanov Əkrəm Yunus

Ata adı: Yunus

🐣
Doğum — Kəlbəcər Zivel
🕊️
Şəhadət — Ağdam Gülablı kəndi yaxınlığında
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Polkovnik-leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Cəbrayıl ⚔️ Qubadlı ⚔️ Kəlbəcər ⚔️ Xocalı ⚔️ Xankəndi

Təltif Edildiyi Orden və Medallar

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

II dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

   Şadmanov Əkrəm Yunus oğlu, 1984-cü il mart ayının 1-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdur. 1990-cı ildə Kəlbəcər rayon Zivel kənd orta məktəbinə daxil olmuş, 1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra orta təhsilini Göygöl (Xanlar) rayon 6 nömrəli orta məktəbdə, 1994-cü ildə Abşeron rayon Xırdalan qəsəbəsində yerləşən Kəlbəcər rayon 20 nömrəli orta məktəbdə davam etdirmişdir. 1998-ci ildə həmin məktəbin 8-ci sinfini bitirib, C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş, 2001-ci ildə C.Naxçıvanski adına hərbi liseyi bitirmişdir. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2005-ci ildə həmin məktəbi “motoatıcı" ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 

  2005-ci il iyun ayından 2017-ci ilin may ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində taqım, bölük, tabor komandirinin MTT işləri üzrə müavini, qərargah rəisi və tabor komandiri vəzifələrində xidmət etmişdir. 2017-ci ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək Ağdam rayonu ərazisində yerləşən N saylı hərbi hissədə tabor komandiri, hərbi hissənin döyüş hazırlığı üzrə bölmə rəisi vəzifələrində xidmət etmişdir. 2019-cu ilin dekabr ayından 2022-ci ilin oktyabr ayınadək Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici vəzifəsində xidmət etmişdir. 

  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə gedən döyüşlərdə iştirak etmək məqsədi ilə 2020-ci ilin oktyabr ayından dekabr ayınadək Taxta körpü yaşayış məntəqəsi yaxınlığında olan N saylı hərbi hissədə tabor komandiri vəzifəsində Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Aktiv döyüş əməliyyatları zamanı bir neçə vacib yüksəkliklərin ələ keçirilməsində xüsusi şücaət göstərmişdir. Döyüş əməliyyatlarının sonrakı gedişatı zamanı Şuşa şəhərinin ətrafında olan bir neçə yüksəkliyin müdafiəsi məhz Əkrəm Şadmanovun taboruna həvalə olunmuşdur. 44 günlük Vətən müharibəsinin yekunlarına görə Əkrəm Şadmanov vaxtından əvvəl polkovnik-leytenant hərbi rütbəsi, İgidliyə görə medalı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur. 2022-ci ilin dekabr ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasında yarım qalmış Ali hərbi təhsilini davam etdirmişdir. 

  2021-ci ilin avqust ayında Hərbi Akademiyanı bitirdikdən sonra Sumqayıt şəhəri ərazisində olan N saylı hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hərbi hissənin yeni yaradılması ilə əlaqədar olaraq polkovnik-leytenant Əkrəm Şadmanov hərbi hissənin komplekləşdirilməsi, döyüş hazırlığının yüksədilməsi istiqamətində əvəzsiz xidmət göstərmişdir. 

  2022-ci ilin sentyabr ayında keçirilən “ Qisas əməliyyatı” zamanı Əkrəm Şadmanov döyüş sənədlərinin hazırlanması, bölmələrin idarə olunması və xüsusi şücaət göstərərək Kəlbəcər rayonu ərazisində olan “Kömürdağ” yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişdir. 

  2023-cü il avqust ayında polkovnik-leytenant Əkrəm Şadmanov xidmət etdiyi hərbi hissənin qərargah rəisi- hərbi hissə komandirin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin sentyabr ayında aparılan “Antiterror” əməliyyatları zamanı Ağdam-Xocalı istiqamətində döyüşlərin planlaşdırılmasında və aparılmasında xüsusi bacarıq nümayiş etdirərək bir neçə hakim yüksəkliklərin düşməndən azad edilməsində yaxından iştirak etmişdir. 

  Polkovnik-leytenant Əkrəm Şadmanov 24.09.2023-cü il tarixdə Ağdam rayonunun Gülablı kəndi yaxınlığında döyüş mövqelərinə baş çəkməyə gedərkən Kamaz markalı avtomobil ilə düşmənin yol üzərində qurduğu minaya düşərək şəhid olmuşdur. Əkrəm Şadmanov 2-ci fəxri xiyabanda dəfn olunmuşdur. 

  Azərbaycan Respublikasının Prezdentinin 07.11.2023- cü il tarixli sərəncamına əsasən polkovnik-leytenant Şadmaov Əkrəm Yunus oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Xidməti dövründə Əkrəm Şadmanov yuxarıda qeyd olunanlardan başqa “Müharibə iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı Qüvvələrin “90”,”95” və “100” illik yubley medalları olmaqla, ümumilikdə 1 orden və 13 medalla təltif olunmuşdur. 

  Əkrəm Şadmanovun Solmaz adlı qızı və Araz adlı oğlu bizlərə əmanət qalmışdır.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanskı adına Hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şadmanov Yunus Şamil oğlu Ana: Şadmanova Solmaz İmran qızı Həyat yoldaşı: Rəhimova Gülşən Araz qızı Qızı: Şadmanzadə Solmaz Əkrəm qızı Oğlu : Şadmanzadə Araz Əkrəm oğlu Bacı: Şadmanova Sədaqət Yunus qızı Qardaş: Şadmanov Bəxtiyar Yunus oğlu Qardaş: Şadmanov Nəsimi Yunus oğlu Qardaş: Şadmanov Cavanşir Yunus oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər