Şahbazov Abas Cavad
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

Şahbazov Abas Cavad

Ata adı: Cavad

🐣
Doğum — İmişli Qulubəyli kəndi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer İmişli Qulubəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abas Şahbazov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Atasının dedikləri: Abas, mehriban, ünsiyyətçil, qabaqcıl oğul idi. O, orta məktəbdə oxuduğu dövrlərdə həmişə məktəb tədbirlərinin təşkilatçısı idi. Abas təşkilatı işləri gözəl bacarırdı. Onda əsl kişi xarakteri var idi. Vətəni, xalqı sevən bir gənc idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İmişli rayonu Qulubəyli kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şahbazov Cavad Çoban oğlu Ana: Abdullayeva Firuzə Təvəkkül qızı Qardaş: Şahbazov Mirzağa Cavad oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər