Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Fizuli
Zeynal Şahhüseynli 17 may 1998-cu ildə Masallı şəhərində anadan olmuşdur. 2015-ci ildə İsfəndiyər Zülalov adına tam orta məktəbində təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra dini təhsilini Bakı şəhərində almış və İranın Qum şəhərinin elmi hövzəsində davam etmişdir. Ailəli idi.
Zeynal Şahhüseynli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini kəşfiyyatçı olaraq başa vurmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Zeynal Şahhüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zeynal Şahhüseynli Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və Bakı Şəhər Hərbi Hospitalına yerləşdirilmişdir. Müalicəsini hospitalda aldıqdan sonra ev şəraitində davam etdirmişdir.
Zeynal Şahhüseynli 2021-ci il iyunun 5-də komaya düşmüş, həmin ilin 16 iyun tarixində müalicə aldığı xəstəxanada şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin təltifində onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olduğu bildirilmişdir.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zeynal Şahhüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zeynal Şahhüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bacısı – Saf qəlbli təmiz mehriban idi. Həmişə özündən böyüklərlə oturub durardı. Müharibəyə könüllü yazılmağı bizə demədi. Yola düşməmişdən bir gün qabaq bizə bildirdi ki, bəs döyüşə gedirəm. Qohumlarından ona getmə deyəndə, cavabı o oldu ki, bəs biz getməsək onlar gəlib Xocalı müsibətini bizədəmi yaşatsınlar. Xocalı faciəsi ona çox pis təsir etmişdi. Mən gedirəm dedi, bu yolda iki seçim var dedi ya Qazi olaram ya da Şəhid. Zeynal hər ikisini yaşadı.
Atası – Oğlum mərd,ailəcanlı, mehriban uşaq olub. Həmişə deyərdi ki, ata sizin başınızı mən həmişə uca edəcəm. Elədidə. Mən yalnız onu deyə bilərəm ki, mən oğlumla fəxr edirəm.
Ata: Şahhüseynov Fizuli Xanhüseyn oğlu Ana: Şahhüseynova Kəmalə Əliş qızı Həyat yoldaşı: Əliyeva Aysun İnqilab qızı, Qızı: Şahhüseynli Zəhra Zeynal qızı Bacı: Əlizadə Nüşabə Fizuli qızı Bacı: Feyzullayeva Gülgəz Fizuli qızı Bacı: Fərəcova Gülnaz Fizuli qızı