Şahnəzərov Röyal Yusif
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Şahnəzərov Röyal Yusif

Ata adı: Yusif

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Şahnəzərov Röyal Yusif oğlu 1986-cı il yanvarın 18-də Gəncə şəhərində doğulmuşdur. 1992-ci ildə  Gəncə şəhər 29 nömrəli  tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.  2001-ci ildə 3 nömrəli Peşə liseyində (indiki: Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alaraq, zərgərlik peşəsinə yiyələnmişdir. Vəfat edənə qədər zərgər kimi çalışmışdır. Ailəli, iki övlad atası idi.

Övladı Şahnəzərli Xədicə yadigar qalıb.

Gəncə sakini Şahnəzərov Röyal 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin  Gəncəni raket atəşinə tutması nəticəsində həyat yoldaşı Şahnəzərli Züleyxa və qızı Şahnəzərli Mədinə ilə birlikdə həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Şahnəzərov Röyal Yusif oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Sakit təbiətli, ailəsini sevən, məsuliyyətli insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 29 saylı orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Şahnəzərov Yusif Əli oğlu Ana: Şahnəzərova Təzəgül Səyad qızı Qardaş: Şahnəzərov Xəyal Yusif oğlu Bacı: Bayramova Türkan Yusif qızı Həyat yoldaşı: Şahnəzərli Züleyxa Nizami qızı Qızı: Şahnəzərli Mədinə Röyal qızı Qızı: Şahnəzərli Xədicə Röyal qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər