Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nizami
Şahnəzərova Züleyxa Nizami qızı 1996-ci il fevralın 19-da Samux rayonunun Seyidlər kəndində doğulmuşdur. 2001-ci ildə Samux rayon Seyidlər kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2014-cü ildə Şahnəzərli Röyal Yusif oğlu ilə ailə həyatı qurmuşdur. Evdar xanım və iki övlad anası idi. Övladı Şahnəzərli Xədicə yadigar qalıb.
Gəncə sakini Şahnəzərova Züleyxa 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində həyat yoldaşı Şahnəzərov Röyal və qızı Şahnəzərli Mədinə ilə birlikdə həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Şahnəzərova Züleyxa Nizami qızına şəhid statusu verilmişdir.
Mehriban, dinə bağlı, ailəsini sevən, hörmət etməyi bacaran xanım idi.
Ata: Ağayev Nizami Talıb oğlu Ana: Ağayeva Sevinc Bayram qızı Bacı: Əsgərova Nuranə Nizami qızı Bacı: Nəzərova Mahizər Nizami qızı Bacı: Ağayeva Təhminə Nizami qızı Qardaş: Ağayev Araz Nizami oğlu Həyat yoldaşı: Şahnəzərov Röyal Yusif oğlu Qızı: Şahnəzərli Xədicə Röyal qızı Qızı: Şahnəzərli Mədinə Röyal qızı