Şahvələdov İlyas Etibar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Şahvələdov İlyas Etibar

Ata adı: Etibar

🐣
Doğum — Bərdə Qaratəpə kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bərdə Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İlyas Şahvələdov 6 avqust 1996-cı ildə Bərdə rayonunda doğulub. Əslən Laçın rayonunun Qorçu kəndindəndir.
Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu İlyas Şahvələdov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İlyas Şahvələdovun əmisi Şahvələdov İlyas Nəriman oğlu da 1994-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Onun adını daşıyırdı.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, İlyas Şahvələdov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hamı onu vətəni sevən cəsur döyüşçü kimi tanıyırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayon, Qaratəpə kəndi tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Şahvələdov Etibar Nəriman oğlu Ana: Şahvələdova Sədaqət Aşur qızı Qardaş: Şahvələdov Nəriman Etibar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər