Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Savalan
Böyükağa Savalan oğlu Şahverdiyev 15 iyun 1998-ci ildə Biləsuvarda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbdə təhsil alıb. 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində qulluq edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb.
Cəbhənin Cəbrayıl, Füzuli, istiqamətlərində döyüşlərdə minaatan vəzifəsində iştirak edib. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 9 oktyabr 2020-ci ildə Biləsuvardakı "Cəbrayıl qəsəbəsi"ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Böyükağa Savalan oğlu Şahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Böyükağa sakit, dürüst, səmimi insan olub.
Ana: Mehrəliyevə Şahnaz Arastun qızı Ata: Şahverdiyev Savalan Böyükağa oğlu Bacı: Şahverdiyeva Nəzakət Savalan qızı Qardaş: Şahverdiyev Əziz Savalan oğlu