Salahlı Elgiz Nurəddin
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Salahlı Elgiz Nurəddin

Ata adı: Nurəddin

🐣
Doğum — Beyləqan
🕊️
Şəhadət — Füzuli Seyidəhmədli kəndi
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəfəq qəsəbəsi, Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Salahlı Elgiz Nurəddin oğlu 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub.

Rayonun 1 nömrəli tam orta məktəbində 11 illik təhsil alıb. Daha sonra 2010-cu ildə əsgərlik borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 2015-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə işini davam etdirib. O, çavuş rütbəsində kəşfiyyatçı olaraq xidmət göstərib.

Aprel döyüşlərində Nərgiztəpə istiqamətində vuruşub. 2017-ci ildə sağlamlığı ilə əlaqədar işindən ayrılıb.

Elgiz Salahlı ailəsi ilə birlikdə Beyləqanda yaşayıb. Atası Nürəddin Salahov bazarda balaca kafe işlədir. Anası Afət Salahova isə çörəkçidir. Ailədə 2 qardaş olublar. Qardaşı Fariz ondan kiçikdir. Elgizdən geriyə qızı yadigar qalıb. İndi ailəsi həyata onunla tutunurlar. 2016-cı ildə dünyaya göz açan qızının adın da özü qoyub – Dəniz.

Qəhrəmanımız döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 4-nə qədər Füzuli-Hadrut istiqamətində sürətlə irəliləyib. 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında fəallıq göstərib.

Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunda orpağa tapşırıldı.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Salahlı Elgiz Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Elgiz Salahlı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

 

Xatirələrdə Yaşayan Şəhid:

Çılğın, səbrsiz, vətənpərvər, mərd, qorxmaz, ailəcanlı, dostcanlı, etibarlı olduğu deyilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan şəhəri, N.Abdullayev adına 1 saylı tam orta məktəb
İş Yeri Mebel sexində usta
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Salahov Nurəddin Surxay oğlu Ana: Salahova Afət Hüseyn qızı Qardaş: Salahlı Fariz Nurəddin oğlu Qız: Salahlı Dəniz Elgiz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər