Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sabir
Elvin Salahov 17 sentyabr 2001-ci ildə Bakıda doğulub.
2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır.
Elvin Salahov hərbi xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir. 2020-ci ilin sentyabrında 2-ci Qarabağ müharibəsi başlanan andan bir Xüsusi Təyinatlı kimi ön cəbhədə vuruşub. Elvin Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.
Şəhid oktyabrın 24-də Badamdar qəsəbəsində dəfn olunmuşdur.
Cəsur, çevik, mərd, dözümlü, səbrli əsgər kimi yoldaşlarına əsl dost, qardaş olub. Xüsusi təyinatlı kursu müvəffəqiyyətlə başa vurub, bütün hərbi təlimlərdə uğurla iştirak etmişdir.
Ata: Salahov Sabir Oruc oğlu Ana: Salahova Vəfa Nurəddin qızı Qardaş: Salahov Fərid Sabir oğlu