Salahov Kamil Mətləb
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Salahov Kamil Mətləb

Ata adı: Mətləb

🐣
Doğum — Yevlax Aran qəsəbəsi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Yevlax Yaldili Kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Salahov Kamil Mətləb oğlu 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub.

Müharibənin ilk günlərindən ön cəbhədə olan Kamil Salahov Talış və Suqovuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qəhrəmancasına döyüşən K.Salahov Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçilərimizdən olub. Düşmənin doqquz postunu yaran qəhrəmanımız yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub.

Sentyabrın 28-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan K.Salahov sentyabrın 29-da rayonun  qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Salahov Kamil Mətləb oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” ,“Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qeyd edək ki, K.Salahov müxtəlif idman növləri ilə məşğul olub. Eyni zamanda dəfələrlə qarışıq idman növü üzrə (MMA) dünya çempionu olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Kamil Salahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, ailəcanlı, dürüst, böyük-kiçik yeri bilən, ədalətli, dosta sədaqətli, yardımsevər, ataya-anaya hörmət edən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yevlax rayonu, Vüqar Əmraslanov adına Aran qəsəbə 2 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Salahov Mətləb Valeh oğlu Ana: Salahova Şəfək Zahid qızı Qardaş: Salahov Amil oğlu Həyat Yoldaşı: Salahova Şamama Aqil qızı Oğlu: Salahzadə Tunar Kamil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər