Salahov Sabir Hikmət
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Salahov Sabir Hikmət

Ata adı: Hikmət

🐣
Doğum — Salyan
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Salyan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Sabir Hikmət oğlu Salahov 15 avqust 1999-cu ildə Salyanda anadan olub. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. Daha sonra 2017-ci ildə “Neft və energetika” kollecinə daxil olur, lakin təhsilini yarımçıq qoyub, oktyabrın 2-də Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır.

Ağcabədidə xidmət edən Sabir 2019-cu ildə aprelin 2-də ordudan tərxis olunur. Hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü ordu sıralarında  kimi qulluq etməyə başlayır.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə ilk gündən qatılan Sabir Salahov Füzuli istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında dəfn olunub.

Sabir Salahov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Sabir Salahov  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, vətənpərvər, mərd igid idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayon 2 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Salahov Hikmət Sabir oğlu Ana: Salahova Sevgül Əlihüseyn qızı Qardaş: Salahov Vüsal Hikmət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər