Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bayram
Azərbaycan Ordusunun əsgəri olan Qorxmaz Salamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qorxmaz Salamov oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı itkin düşüb.
Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Qorxmaz Salamova "şəhid" statusu verilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Qorxmaz Salamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qorxmaz Salamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Salamov Qorxmaz Əhməd oğlu Ana: Məsimova Səfurə Balabəy qızı Qızı: Salamova Aysel Bayram qızı Qızı: Salamova Günel Bayram qızı