Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Yəhya
Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. Orta təhsilini Ə.Əliyev adına 125 №li tam orta məktəbdə alıb. Musiqi duyumu yüksək olduğu üçün eyni zamanda 4 №li Uşaq İncəsənət musiqi məktəbində skripka sinfində təhsil alıb. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurub.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan döyüşlərində iştirak edib. 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. Ölümündən sonra sonra “Cəsur döyüşçü”, "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Salamov Vüsal Yəhya oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, cəsur, qorxmaz insan olub.
Ata: Salamov Yəhya Mirzə oğlu Ana: Salamova Gülçöhrə Mirzəağa qızı