Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vəfadar
Salmanov Azər Vəfadar oğlu 29 aprel 1991-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olub. Saray qəsəbəsi 2 saylı orta məktəbdə təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Azər Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı istiqamətində düşmənin açdığı atəş nəticəsində (yuxarı arteriyasının travması) şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Salmanov Azər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, mehriban, bacarıqlı, sakittəbiətli, ailəcanlı insan olduğu bildirilir.
Ata: Salmanov Vəfadar İsa oğlu Ana: Salmanova Zahidə Qurban qızı Həyat yoldaşı: Salmanova Güləmayıl Bəhruz qızı Qardaş: Salmanov Rüfət Vəfadar oğlu Qardaş: Salmanov Məhərrəm Vəfadar oğlu